AZ

Simeone “Barselona”nın çempionluğu barədə: “Bu komandanı iki dəfə yarışdan çıxarmışıq”

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone “Barselona”nın çempionluq qazanmasına reaksiya verib.

İdman.Biz bildirir ki, Kataloniya klubu 35 La Liqa oyunundan sonra 91 xal toplayıb və üç oyun qalmış ikinci yerdə olan “Real Madrid”dən 14 xal öndədir.

“Barselona” dünyanın ən yaxşı komandasıdır. Onlar ötən mövsüm olduğu kimi, çox yaxşı oynayaraq çempionluğu qazandılar.

Və [“Barselona” ilə “Real Madrid” arasında] oyunu izləyərkən ağlıma gələn tək şey “Aman Tanrım, bu komandanı iki dəfə (Çempionlar Liqasından və Kral Kubokundan – red.) çıxardıq” oldu”, - Simeone deyib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
160
icma.az

1Mənbələr