AZ

Kreml: Ümid edir ki, Ukrayna ilə əsir mübadiləsi tezliklə başa çatacaq

Bakı, 12 may, AZƏRTAC

Kreml Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi mexanizminin yaxın vaxtlarda başa çatacağına ümid etdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dmitri Peskov “İnterfax” agentliyinə açıqlamasında deyib.

“Doğrudan da, söhbət “1000 nəfərə 1000 nəfər” formatında əsir mübadiləsi ilə bağlı razılaşmadan gedir. Bu, hər zaman olduqca mürəkkəb prosesdir. Siyahıların razılaşdırılması uzun və çətin mərhələdir. Müvafiq qurumlar hazırda bu istiqamətdə işləyirlər. Ümid edirik ki, proses yaxın vaxtlarda yekunlaşacaq”, – deyə Peskov bildirib.

Seçilən
74
4
azertag.az

5Mənbələr