AZ

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Avropa İttifaqı iyun ayında Ukraynanın birliyə daxil olması prosesi ilə bağlı rəsmi danışıqlara başlamağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə beynəlxalq media qurumları Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosa istinadən məlumat yayıb.

Komissarın sözlərinə görə, bütün danışıq klastrlərinin açılması üçün texniki hazırlıqlar artıq başa çatıb və yaxın vaxtlarda Aİ üzvü olan ölkələrin bu prosesi rəsmən təsdiqləyəcəyi gözlənilir.

Marta Kos qeyd edib ki, birinci klastrin açılması Kiprin Aİ-dəki sədrlik dövründə (30 iyun tarixinədək) mümkündür:

"Digər beş klastrə gəlincə, biz bunu artıq iyul ayında reallaşdırmağa ümid edirik. Böyük iş görülüb və hazırda rəsmi start üçün hər şey hazırdır".

Macarıstanın mövqeyinin dəyişməsi ehtimalı barədə sualı cavablandıran Kos, bu ölkənin yeni Baş naziri Peter Madyardan "çox müsbət siqnallar" aldığını bildirib:

"O, bütün namizəd ölkələrə eyni münasibətin göstəriləcəyini bəyan edib", – deyə Kos əlavə edib.

Bizim.Media

Seçilən
101
1
bizim.media

2Mənbələr