AZ

Azərbaycanlılar daimi yaşamaq üçün hansı ölkələrə köçüblər? — Siyahı

Açıqlanan son rəsmi məlumata görə, daimi yaşamaq üçün il ərzində xarici ölkələrə 2 min 298 nəfər Azərbaycan vətəndaşı köç edib.

Musavat.com Yeniavaz.com-a istinadən xəbər verir ki, əsas istiqamətlər Rusiya və Türkiyə olub. Rusiyaya 707 nəfər, Türkiyəyə isə 457 nəfər Azərbaycan vətəndaşı köç edib. Bunlardan başqa il ərzində ABŞ-yə 134 nəfər, Almaniyaya 101 nəfər, Böyük Britaniyaya 52 nəfər, Polşaya isə 32 nəfər daimi yaşamaq üçün gedib. İsrailə köç edənlərin sayı 26 nəfər olub.

MDB məkanına gedənlərin ümumi sayı 921 nəfər təşkil edib. Digər xarici ölkələrə köç edənlərin sayı isə 1 377 nəfər olub.

Rəsmi statistikanın açıqlandığı son bir il ərzində Azərbaycandan daimi yaşamaq üçün gedənlərin sayı ölkələr üzrə aşağıdakı kimi olub:

Rusiya – 707 nəfər

Türkiyə – 457 nəfər

ABŞ – 134 nəfər

Almaniya – 101 nəfər

Qazaxıstan – 79 nəfər

Gürcüstan – 75 nəfər

Özbəkistan – 60 nəfər

Böyük Britaniya – 52 nəfər

Türkmənistan – 41 nəfər

Polşa – 32 nəfər

İsrail – 26 nəfər

Latviya – 17 nəfər

Estoniya – 13 nəfər

Litva – 13 nəfər

Belarus – 12 nəfər

Qırğızıstan – 10 nəfər

Moldova – 6 nəfər

Ukrayna – 5 nəfər

Yunanıstan – 4 nəfər

Pakistan – 3 nəfər

Tacikistan – 1 nəfər

Digər xarici ölkələr – 450 nəfər

Seçilən
1
2
musavat.com

3Mənbələr