AZ

Rusiya XİN: Ermənistanın Avropa yolu Moskva ilə münasibətləri dəyişə bilər

BAKI, 12 may. TELEQRAF

Ermənistanın “Avropa yolu” üzrə irəliləməsi Rusiya ilə münasibətlərdə ciddi dəyişikliklərə səbəb ola bilər.

Teleqraf TASS-a istinadən xəbər verilir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin bildirib.

Diplomat qeyd edib ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Ermənistanla münasibətlərin yenidən qurula biləcəyi barədə açıqlaması Moskvanın İrəvana müxtəlif səviyyələrdə verdiyi siqnallardan biridir.

“Biz hesab edirik ki, ölkələrimizin vətəndaşları bilməlidirlər: İrəvanın qondarma Avropa yolu ilə irəliləməsi müəyyən mərhələdə Rusiya-Ermənistan münasibətlərində sistemli dəyişikliklərə gətirib çıxara bilər”, - deyə Kaluqin vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı təhlükəsizlik, iqtisadi sabitlik və rifah baxımından Ermənistana real alternativ təqdim etmir.

“Brüsselin əsas marağı Ermənistana və ya Cənubi Qafqaz ölkələrinə qayğı göstərmək deyil. Məqsəd ilk növbədə Rusiyaya qarşı yönəlmiş geosiyasi vəzifələri həyata keçirməkdir”, - diplomat bildirib.

Seçilən
109
teleqraf.com

1Mənbələr