AZ

Varşavadan Britaniyaya uçan təyyarə Amsterdamda təcili eniş edib

Varşavadan Böyük Britaniyanın Lids şəhərinə uçan Ryanair təyyarəsi, göyərtəsində baş verən fövqəladə hal səbəbindən Amsterdamın Shiphol hava limanına təcili eniş edib.

"Report" xəbər verir ki, bu barədə "Hart van Nederland" portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, çoxsaylı təcili yardım, o cümlədən yanğınsöndürən, xilasetmə və təcili yardım maşınları aerodromda cəmləşib.

Hadisə, müxtəlif qurumlar arasında sıx koordinasiya tələb edən ən yüksək səviyyəli "GRIP 1" reaksiyasına səbəb olub.

Lakin hava limanı rəhbərliyi hələlik hadisə ilə bağlı şərh verməyib və ya təyyarənin göyərtəsində baş verən fövqəladə halın təfərrüatlarını açıqlamayıb.

Seçilən
101
far.az

1Mənbələr