AZ

Rodrigez: ABŞ ilə münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalıdır

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 may, AZƏRTAC

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ABŞ Prezidenti Donald Trampın Venesuelanın ABŞ-ın 51-ci ştatına çevrilməsi ilə bağlı iddialarını rədd edib.

AZƏRTAC xəbər verir ki, Rodrigez bu barədə Haaqa Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmədən sonra jurnalistlərə açıqlamasında bildirib.

“Venesuelalılar müstəqillik və suverenlik dəyərlərinə sadiqdirlər. Biz milli bütövlüyümüzü qorumağa davam edəcəyik”, – deyə o vurğulayıb.

Rodrigez əlavə edib ki, Vaşinqtonla münasibətlər müstəmləkəçi yanaşma deyil, qarşılıqlı hörmət prinsipi üzərində qurulmalıdır.

Daha əvvəl “Fox News”un jurnalisti Bill Melugin ABŞ Prezidentinin Venesuelanı ABŞ-ın 51-ci ştatı etməyi “ciddi şəkildə düşündüyünü” iddia etmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
73
1
azertag.az

2Mənbələr