Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən böyük anbarların birində güclü yanğın başlayıb.
"Far.Az"un yerli bürosu məlumat verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları, yanğınsöndürən texnikalar və canlı qüvvə cəlb olunub.
Hazırda yanğının qarşısının alınması və alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.