AZ

Dik Advokatın işsiz günləri sona çatdı - SON DURUM

Niderlandlı mütəxəssis Dik Advokat yenidən Kurasao yığmasının baş məşqçisi vəzifəsinə qayıda bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı BBC yayıb.

Mənbənin məlumatına görə, fevralda sözügedən ölkənin milli komandasındakı vəzifəsindən ayrılan 78 yaşlı mütəxəssis hazırki məşqçi Fred Ruttenin yerinə əsas namizəddir.

Advokat ötən ilin noyabr ayında Karib təmsilçisini ilk dəfə dünya çempionatının final mərhələsinə çıxarmaqla tarixə düşüb. Lakin o, sonradan ailə vəziyyəti, konkret qızının səhhətindəki problemlər səbəbindən istefa verib. Ruttenin qısa müddətli fəaliyyəti dövründə Kurasao Çin və Avstraliyaya qarşı yoldaşlıq oyunlarında məğlub olub və bu da oyunçuların, eləcə də sponsorların Advokatı geri qaytarmaqla bağlı təzyiqi ilə nəticələnib.

Artıq istefa qərarını açıqlayan Rutten özü bu barədə belə deyib: "Oyunçular və işçi heyət arasında peşəkar münasibətlərə xələl gətirən bir atmosferin yaranmasına icazə verə bilmərik. Geri çəkilmək ağıllı hərəkətdir. Vaxt azalır, Kurasao isə irəli getməlidir".

Niderland mediasının məlumatına görə, qızının səhhəti yaxşılaşdığı üçün Advokat da işə qayıtmağa hazırdır.

Dik Advokat 2024-cü ildən Kurasao millisinə rəhbərlik edib. 2025-ci ilin noyabr ayında yığma 2026-cı il dünya çempionatına vəsiqə qazanıb və bu, ölkə tarixində ilk dəfə baş verib. Mundial tarixinin ən kiçik ölkəsi olan Kürasao E qrupunda Almaniya, Ekvador və Fil Dişi Sahili ilə oynayacaq.

2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Mirağa

Seçilən
0
fanat.az

1Mənbələr