AZ

Lebron Ceyms bu il də çempion ola bilmədi!

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Bir neçə dəqiqə əvvəl MBA-da Qərb konfransının yarımfinal seriyalarından biri başa çatıb. “Oklahoma-Siti” “Leykers”i seriyanın 4-cü oyununda da məğlub etməklə konfrans finalına vəsiqə qazanıb. “Oklahoma-Siti” finalda “Detroyt” – “Klivlend” cütünün qalibi ilə qarşılaşacaq. Xatırladaq ki, əfsanəvi Lebron Ceyms də 2018-сi ildən bəri “Leykers”in heyətində çıxış edir. Onun karyerasında 5-ci dəfə MBA çempionu olmaq niyyəti puça çıxdı. İndiyə qədər 4 dəfə (sonuncu dəfə 2020-də) bu titulu qazanan 41 yaşlı Lebronun cari mövsümün sonunda karyerasını bitirəcəyini iddia edən mənbələr də var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr