
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
AFN.az xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;
28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;
Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);
Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.