Müəllif:Mehin Qasımova,Banco.az
Hörmüz boğazının blokadası nəticəsində nəqliyyat axınlarının pozulması səbəbindən Atlantik və Sakit okeanlar arasında Panama kanalı vasitəsilə neft və neft məhsulları daşınması 74% artıb.
Banco.az xəbər verir ki, Yaponiyanın Nikkei qəzetinin məlumatına görə, bu daşımalar əsasən ABŞ-ın Şərq sahillərindən Fars körfəzindən tədarükün kəskin azalması ilə üzləşən Asiya ölkələrinə yönəldilir.
Məlumatlara görə, aprel ayında Panama kanalından gündə 1,77 milyon barelə qədər neft və neft məhsulları daşınıb. Bu, 2013-cü ildə belə bir statistika tərtib edildikdən bəri ən yüksək göstəricidir. Panama kanalı vasitəsilə Yaponiyaya neft və neft məhsulları daşınması 2025-ci il səviyyəsi ilə müqayisədə beş dəfədən çox artıb.
Magistralın tutumu hazırda demək olar ki, tükənib, gəmilərin uzun növbələri yığılıb. Prioritet keçid hərraca çıxarılır və yol haqqı artıq 1 milyon dollara çatır.
Panama kanalı yalnız kiçik və orta ölçülü tankerlər üçün uyğundur.