AZ

Tramp administrasiyası məhkəmədən qlobal tariflər işi ilə bağlı qərarını ləğv etməsini istəyib

Ağ Ev lideri Donald Trampın administrasiyası ABŞ məhkəməsindən tətbiq etdiyi qlobal tariflərə qarşı qərarın müvəqqəti olaraq dayandırılmasını istəyib.

“İki sahil”  "Reuters"ə istinadla xəbər verir ki, müvafiq ərizə bir gün əvvəl, mayın 11-də təqdim edilib.

Söhbət Tramp administrasiyası tərəfindən idxal mallarına tətbiq edilən 10% universal tarifdən gedir. Federal hökumət məhkəmədən apelyasiya şikayəti verilənə qədər tarif mexanizmini dayandırmağı xahiş edib.

Beləliklə, ABŞ hakimiyyəti mübahisəli rüsumların tətbiqini məhdudlaşdıra və ya ləğv edə biləcək məhkəmə qərarının dərhal qüvvəyə minməsinin qarşısını almaq niyyətindədir.

Seçilən
10
ikisahil.az

1Mənbələr