AZ

Qazaxıstanın ÜDM-i 2026-cı ilin ilk dörd ayında 3,6% artıb

2026-cı ilin yanvar-aprel aylarında Qazaxıstanın ÜDM-i ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% artıb. Bu barədə ölkənin Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Dörd ayın yekunlarına görə sənaye istehsalı müsbət zonaya keçib — fiziki həcm indeksi 102,1% təşkil edib. Sənayenin bərpasında əsas amil emal sektorunda artımın sürətlənməsi olub. Bu sahədə istehsal həcmi 9,9% artıb.

Yüksək artım tempi maşınqayırma sahəsində də qorunub saxlanılıb — artım 23,3% olub. Buna nəqliyyat vasitələri, kənd təsərrüfatı və dəmir yolu texnikası, elektrik malları və avadanlıqların istehsalının artması təsir edib.

Aşağıdakı sahələrdə də yüksək artım qeydə alınıb:

yüngül sənaye — 2,3 dəfə mebel istehsalı — +41,7% əczaçılıq sənayesi — +35,2% tikinti materialları istehsalı — +27,7% kimya sənayesi — +18,4% qida istehsalı — +14,4%

Ümumilikdə, ilin ilk dörd ayında iqtisadiyyatdakı müsbət dinamika baza sektorlarında davamlı artımla təmin olunub. Ən yüksək artım tempi aşağıdakı sahələrdə müşahidə edilib:

tikinti — 114,5% nəqliyyat və anbar təsərrüfatı — 112% emal sənayesi — 109,9% ticarət — 105,1% kənd təsərrüfatı — 103,6%

Beləliklə, ÜDM-in real artım strukturunda qeyri-xammal sektorlarının, xüsusilə tikinti, nəqliyyat, ticarət və emal sənayesinin rolunun gücləndiyi müşahidə olunur.

Xatırladaq ki, 2025-ci ildə Qazaxıstanın ÜDM-i 6,5% artmışdı. Beynəlxalq Valyuta Fondu 2026-cı il üzrə Qazaxıstan iqtisadiyyatının real artım proqnozunu 4,4%-ə qədər aşağı salıb.

AERC isə 2026-cı ildə Qazaxıstan iqtisadiyyatının məcmu təklif modeli üzrə 4,8%, məcmu tələb modeli üzrə isə 4,9% artacağını proqnozlaşdırır.

Bununla yanaşı, Qazaxıstan hökuməti cari ilin yekunlarına görə iqtisadi artımın 5,4% səviyyəsində olacağını gözləyir.

Seçilən
1
banker.az

1Mənbələr