AZ

“Techpro DC” şirkəti “GITEX AI CENTRAL ASIA & CAUCASUS Kazakhstan 2026” sərgisində iştirak edib - FOTO

“Techpro
Techpro DC şirkəti, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində ən iri genişprofilli İT distribyutorlarından biri olaraq, 4–5 may tarixlərində Almatıda ilk dəfə keçirilən ‘GITEX AI CENTRAL ASIA & CAUCASUS Kazakhstan 2026’ sərgisində iştirak edib. Tədbir regionun ən iri texnologiya platformalarından birinə çevrilərək qlobal İT bazarının nümayəndələrini, dövlət qurumlarını, investorları, startapları və süni intellekt, bulud infrastrukturu, rəqəmsallaşma və kibertəhlükəsizlik sahəsində həllər hazırlayan şirkətləri bir araya gətirib.
GITEX AI 2026 dünyanın ən nüfuzlu texnologiya və innovasiya platformalarından biri olan GITEX qlobal ekosistemi çərçivəsində təşkil olunub. Tədbirin təşkilatçıları qismində inD — GITEX-in qlobal operatoru, Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi, Astana Hub və Almatı şəhər administrasiyası çıxış edib. Sərgidə 60-dan çox ölkədən şirkətlər və nümayəndə heyətləri iştirak ediblər. Techpro DC üçün GITEX AI 2026-da iştirak şirkətin Mərkəzi Asiya və Qafqaz bazarlarında mövqeyini daha da gücləndirmək istiqamətində mühüm addım olub. Şirkət sərgidə öz stendi ilə təmsil olunub və bu stend tədbirin əsas işgüzar kommunikasiya nöqtələrindən birinə çevrilib. İki gün ərzində Techpro DC komandası tərəfdaşlar, sistem inteqratorları, korporativ müştərilər və beynəlxalq vendorlarla görüşlər keçirərək birgə layihələrin perspektivlərini və regionun texnoloji ekosisteminin inkişafını müzakirə ediblər. “Qazaxıstanda keçirilən GITEX AI sərgisində iştirak bizim üçün sadəcə sərgi fəaliyyəti deyil, həm də Techpro DC-ni infrastruktur həlləri, kibertəhlükəsizlik və korporativ sektor üçün texnologiyalar sahəsində güclü ekspertizaya malik beynəlxalq şirkət kimi təqdim etmək imkanı oldu. Stendimizə və region üçün prioritet istiqamətlərə — süni intellekt, məlumatların qorunması, bulud infrastrukturu və müasir data mərkəzlərinə böyük maraq müşahidə etdik. Bu cür platformalar Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq bazarları arasında yeni tərəfdaşlıqların və uzunmüddətli texnoloji əlaqələrin formalaşmasına şərait yaradır”, — deyə Techpro DC- nin nümayəndəsi bildirib. Techpro DC stendində kibertəhlükəsizlik, məlumatların saxlanılması, AI infrastrukturu və korporativ avadanlıqlar sahəsində həllərə xüsusi diqqət ayrılıb. Şirkətlə birlikdə sərgidə beynəlxalq texnologiya şirkətləri olan HPE, Scality, Brandefense və Cymulate, eləcə də digər tərəfdaşların həlləri təqdim olunub. İşgüzar proqram çərçivəsində Techpro DC və tərəfdaş şirkətlərin nümayəndələri süni intellektin tətbiqi üzrə praktiki ssenariləri, Süni intellekt üçün optimallaşdırılmış infrastrukturun inkişafını, data mərkəzlərinin miqyaslandırılması məsələlərini, ehtiyat məlumat saxlanılması həllərini və korporativ məlumatların qorunmasına dair müasir yanaşmaları müzakirə ediblər. Sərgi iştirakçıları və qonaqlar arasında suveren rəqəmsal infrastruktur, süni intellekt layihələri üçün hesablama güclərinin artırılması və sürətli rəqəmsallaşma fonunda informasiya təhlükəsizliyinə dair tələblərin gücləndirilməsi mövzuları xüsusi maraq doğurub. Techpro DC-nin GITEX AI 2026 sərgisində iştirakı şirkətin regional texnoloji tərəfdaşlığın inkişafına və Mərkəzi Asiyanın sürətlə böyüyən bazarlarında mövqeyinin genişləndirilməsinə yönəlmiş strateji fokusunu əks etdirir. Şirkət qlobal distribusiya bazarına çıxışla bağlı iddialı planlarını da gizlətmir. Süni intellekt infrastrukturu, data mərkəzləri və texnoloji ekosistemlərin inkişafına aktiv investisiyalar yatıraraq regionun əsas rəqəmsal hablarından birinə çevrilən Qazaxıstan hazırda Techpro DC üçün prioritet fəaliyyət istiqamətlərindən biridir. Qeyd edək ki, distribyutor bu ölkədə Astana və Almatı şəhərlərindəki ofisləri vasitəsilə fəaliyyət göstərir.
Seçilən
40
1news.az

1Mənbələr