AZ

ABŞ öz atom sualtı qayığının Cəbəllütariqə gəldiyini bildirib

Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Ohio" sinfinə aid atom sualtı qayığı "NATO-ya sadiqliyin davam etdiyini" nümayiş etdirmək üçün Cəbəllütariq limanına gəlib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Altıncı Donanmanın mətbuat xidməti məlumat yayıb.

"Ballistik raketlər daşımaq qabiliyyətinə malik ABŞ HDQ-nin sualtı qayığı 10 may tarixində Cəbəllütariqə gəlib. Limana səfər Amerikanın imkanlarını, çevikliyini və NATO üzrə müttəfiqləri qarşısındakı öhdəliklərinə sadiqliyini nümayiş etdirir", — deyə məlumatda bildirilir.

Hərbi Dəniz Qüvvələrindən əlavə ediblər ki, "Ohio" sinfinə aid sualtı qayıqlar "izlənilməsi qeyri-mümkün olan ballistik raket buraxılış platformalarıdır və ABŞ-ın nüvə triadasının ən toxunulmaz dayağını təmin edir".

Amerika mediasının qeyd etdiyi kimi, Pentaqon atom sualtı qayıqlarının yerləşdiyi yer barədə məlumatı nadir hallarda açıqlayır, çünki bu məlumatlar adətən məxfi status daşıyır. ABŞ HDQ-nin bu bəyanatı, ABŞ Prezidenti Donald Trampın İranın sülh sazişi ilə bağlı yeni təklifini qəbulolunmaz adlandırmasından bir neçə saat sonra yayılıb.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
icma.az

2Mənbələr