AZ

BƏƏ İran ərazisində gizli əməliyyat keçirib

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

“The Wall Street Journal” qəzetinin adının açıqlanmasını istəməyən mənbələrə istinadən yaydığı xəbərə görə, ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibə zamanı Birləşmiş Ərəb Əmirlikləri də İrana qarşı birbaşa gizli hərbi əməliyyatlar həyata keçirib.

"Cebheinfo.az" xəbər verir ki, BƏƏ aprel ayında atəşkəs dövründə İranın Basra körfəzində yerləşən Lavan adasındakı neft emalı zavodunu hədəf alıb. 

İddiaya görə, hücum nəticəsində böyük yanğın baş verib və zavodun istehsal gücünün böyük hissəsi aylarla fəaliyyət göstərə bilməyib.

Məlumata əsasən, həmin vaxt atəşkəs tam qüvvəyə minmədiyi üçün ABŞ hücuma reaksiya verməyib. Mənbələr Vaşinqtonun, o cümlədən BƏƏ kimi müharibəyə qoşulmaq istəyən digər Körfəz ölkələrinin iştirakını müsbət qarşıladığını iddia edib.

Onlar bildiriblər ki, İranın cavab hücumlarından sonra BƏƏ Körfəz bölgəsində daha “münaqişə yönümlü mövqe” nümayiş etdirib və müharibə boyunca ABŞ ilə BƏƏ arasında sıx hərbi əməkdaşlıq davam edib.

Pentaqon və BƏƏ Xarici İşlər Nazirliyi hücumlarla bağlı hər hansı açıqlama verməyib.

Ağ Ev isə müharibə zamanı BƏƏ-nin rolu ilə bağlı sualları cavabsız qoyub, lakin ABŞ Prezidenti Donald Trampın əlində bütün variantların olduğunu və ABŞ-nin İran üzərində maksimum təzyiq imkanına sahib olduğunu bildirib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
cebheinfo.az

2Mənbələr