AZ

Rasim İldırımzadənin işi: Müstəntiq ifadə verdi, təqsirləndirilənlər vaxt istədi

Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu Dairə Seçki Komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə sənədlər elan edilib.
Təqsirləndirilən şəxslərin həbsdən azad olunması ilə bağlı həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə sənədlərin alınması barədə sorğunun cavabı açıqlanıb.

Daha sonra işin istintaqını araşdıran müstəntiqi Kamran Əliyev ifadə verib. Qərarlarda iltizam alınması ilə bağlı imzaların yazılmasında fərqli olması mexaniki səhv olub.

Məhkəmə istintaqı tamamlanması barədə qərar qəbul edilib və çıxış üçün söz dövlət ittihamçısına söz verilib. Dövlət ittihamçısı fevralın 10-dakı çıxışını müdafiə edib və onun qüvvədə olduğunu deyib.

Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı etməyə başlayıblar. Təqsirləndirilən Qoşqar Məmmədovun vəkili müdafiə nitqində müvəkkilinin ziyanın qismən ödənilməsinin nəzərə alınmasını və barəsində azadlıqdan məhrumetmə olmayan cəza təyin olunmasını xahiş edib.

Seçilən
31
publika.az

1Mənbələr