Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularının Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.
Bu barədə Musavat.com-a Hərbi Prokurorluğundan məlumat verilib.
Qeyd edək ki, mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.