AZ

"İran mütləq nüvə silahı əldə edəcək" - SENSASİON AÇIQLAMA

Qətərin sabiq baş naziri Şeyx Həməd bin Casim bin Cabir Əl Tani bəyan edib ki, İran öz nüvə proqramına suverenlik məsələsi kimi baxır və nəticədə mütləq nüvə silahına sahib olacaq.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Tehran danışıqlardan vaxt qazanmaq üçün istifadə etməyə öyrəşib və nüvə proqramından ABŞ-nin xeyrinə "pulsuz" imtina etmək niyyətində deyil.

"Bir dəfə iranlı rəsmi mənə demişdi: Ukrayna öz nüvə silahından imtina etdi və baxın, onun başına nələr gəldi", - deyə Əl Tani qeyd edib.

Sabiq baş nazir həmçinin bildirib ki, İran İsrail və Pakistanın nüvə silahına malik olduğunu görür və bundan müvafiq nəticələr çıxarır. O, Tehranın bu hədəfə mütləq çatacağını vurğulayıb:

"Düşünürəm ki, İran gec-tez - istər 20 il, istərsə də bir neçə il sonra - buna nail olacaq".

Bundan əlavə, Əl Tani ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını tənqid edərək, bunun regionun xeyrinə olmadığını, sadəcə "Netanyahunun şəxsi maraqlarına və gündəminə xidmət etdiyini" bildirib.

Sabiq hökumət başçısının qənaətinə görə, bir çoxları İranın idarəetmə sisteminin dayanıqlığını lazımi qədər qiymətləndirmir.

"Bu sistem şah ölkəni tərk etdiyi gündən bəri, yəni 47 ildir qurulub və onların düşündüyü kimi dağılmayacaq", - deyə Əl Tani əlavə edib.

Musavat.com

Seçilən
24
musavat.com

1Mənbələr