AZ

"Azərbaycana qarşı təzyiq etməyə çalışırlar" - Deputat

"Ümummilli lider Heydər Əliyevin doğum günündə xalqa müraciət edən dövlət başçısı açıq şəkildə göstərdi ki, Azərbaycan artıq öz təhlükəsizliyini və regional gələcəyinin şərtlərini özü müəyyən edən dövlətdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Tural Gəncəliyev səsləndirdi.

O əlavə etdi ki, təxminən 30 il ərzində ATƏT-in Minsk qrupu diplomatik uğursuzluğun və ikiüzlülüyün simvoluna çevrilib:

"Bu strukturun artıq rəsmi şəkildə ləğv olunaraq de-yure fəaliyyətini dayandırdığı bir vaxtda açıqdır ki, onun məqsədi heç vaxt münaqişəni həll etmək olmamışdır. Həmsədrlər yalnız vəziyyəti dondurmağa və işğalı leqallaşdırmağa çalışır, xalqımıza isə guya “bu münaqişənin hərbi həlli yoxdur” fikrini təlqin edirdilər. Bu, psixoloji təzyiq forması idi. 30 il davam edən diplomatik turizm dövründə vasitəçilər bölgəmizdən işğalçı qüvvələrin bir nəfər belə əsgərini çıxarmadılar. Şəhərlərimiz yer üzündən silinərkən, məscidlərimiz tövləyə çevrilərkən onlar susurdular. Prezidentin bəyanatında xüsusi kəskinliklə qeyd olunan məqam isə budur ki, Minsk qrupu həmsədrləri olan ABŞ, Fransa və Rusiya nüvə dövlətləri və BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Dünyada böyük gücə malik olduqlarına baxmayaraq, onlar 30 il ərzində öz qəbul etdikləri qətnamələrə belə göz yumurdular. Biz beynəlxalq hüquqa münasibətdə açıq selektiv yanaşma ilə üz-üzə qaldıq. Böyük dövlətlər yalnız öz geosiyasi maraqlarına uyğun gələn qərarların icrasını təmin edirlər. 2020-ci ildə Azərbaycan dünya miqyasında yeni bir presedent yaratdı: biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını güc və siyasi iradə hesabına təkbaşına təmin etdik. Məhz buna görə də bu gün bəzi Avropa Parlamenti kimi institutlar absurd qətnamələr qəbul edərək Azərbaycana qarşı təzyiq etməyə çalışırlar, cəhd göstərirlər. Bu gün isə Cəbrayılda xarabalıqların yerində yeni iqtisadi qovşaq qurulur. Prezidentimiz bu rayonun beynəlxalq nəqliyyat qovşağına çevriləcəyini bəyan etdi".

NURİYYƏ

Seçilən
61
redaktor.az

1Mənbələr