AZ

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdilər

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən “Heydər zirvəsi”nə yürüş təşkil edilib.

Bu barədə Bizim.Media-ya DTX-nin Mətbuat xidmətindən məlumat verilib.
 

Məlumata görə, DTX-nin bir qrup əməkdaşı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə ənənəvi yürüş təşkil olunub.


Mürəkkəb relyef və sərt iqlim şəraitinə baxmayaraq, yürüş iştirakçıları təyin olunmuş vaxtda “Heydər zirvəsi”nə qalxıb, Ümummilli Liderin barelyefi önündə dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Bizim.Media

Seçilən
13
27
bizim.media

10Mənbələr