AZ

Gözəllik salonunda kosmetoloq döyüldü Təfərrüat

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakıda gözəllik salonunda dava olub.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, nömrəsiz ünvanında yerləşən “Olivia” qadın salonunda baş verib. Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Xəyyam qeyri-rəsmi birlikdə yaşadığı Könülün (adlar şərtidir – red.) kosmetoloq işlədiyi qadın salonuna gəlib. O, qadına axşam işdən nə səbəbə gec çıxmasını, evə gec getməsini və onunla telefonda uca səslə danışmasını irad kimi bildirib, onunla mübahisə edib. Mübahisə zamanı qəsdən əl və yumruq zərbələri ilə qadının bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirib. Faktla bağlı Xəyyamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Xəyyam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində əməlindən peşman olduğunu, dəymiş zərəri ödədiyini, zərərçəkmiş şəxs ilə barışdıqlarını bildirib. Zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alınmasını xahiş edib. Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
demokrat.az

1Mənbələr