AZ

Dövlət Xidməti: Azərbaycanda torpaq sahəsinin icarəhaqqı 50%-ə qədər azaladıla bilər

BAKI, 12 may. TELEQRAF

Nazirlər Kabinetinin 8 may tarixli Qərarı ilə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin icarəhaqqı məbləğinə güzəştli əmsallar tətbiq olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdir müavini Ehtiram Babayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, yeni qərar torpaq sahəsinin ölçüsünün artdıqca daha aşağı əmsalların tətbiq olunması nəticəsində icarəhaqqı məbləğinin azaldılmasını nəzərdə tutur:

“Torpaq sahəsinin 5.000 kvadratmetredək olan hissəsi üçün 1, 5.001-10.000 kvadratmetredək olan hissəsi üçün 0,8, 10.001-50.000 kvadratmetredəki olan hissəsi üçün 0,7 və 50.000 kvadratmetredən yuxarı olan hissəsi üçün 0,5 əmsal, yəni 50% güzəşt tətbiq olunacaq.

Bu qərar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icarə edilən torpaq sahələrini, yəni özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəhslər tərəfindən inşa edilmiş müəssis və obyektlərin yerləşdiyi torpaq sahələrini əhatə edir.

İcarəhaqqı məbləğinin azaldılması fərdi qaydada sahibkarların maraqlarına xidmət edəcək, eyni zamanda iri ölçülü torpaq sahələrinin icarəyə götürülməsini simulaşdırmaqla, icarəyə verilən torpaq sahələrinin həcminin artması dövət büdcəsinə daxil olmaların çoxlamasına şərait yaradacaq”.

Seçilən
46
teleqraf.com

1Mənbələr