Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İstifadəçilər naməlum nömrələrdən “İranla əməkdaşlıq” çağırışı ilə göndərilən SMS-lər aldıqlarını bildirirlər. Mesajlarda belə yazılır: “İslam Respublikası İran sizi kəşfiyyat sahəsində əməkdaşlığa dəvət edir. Gələcəyinizi indi qurun”.
Bizimyol.info xəbər verir ki, mütəxəssislərin fikrincə, bu tip mesajlar informasiya manipulyasiyası və ya dələduzluq kampaniyasının bir hissəsi ola bilər.
Kibertəhlükəsizlik üzrə ekspertlər əvvəllər də oxşar saxta mesajlar barədə xəbərdarlıq ediblər. Belə kampaniyaların məqsədi insanları çaşdırmaq, panika yaratmaq və ya şəxsi məlumatları ələ keçirmək ola bilər.
Ekspertlər bildirirlər ki, bu cür mesajlar adətən rəsmi görünüşdə hazırlanır və etibar qazanmaq üçün siyasi mövzulardan istifadə edir.
İstifadəçilərə tövsiyə olunur ki, belə mesajlara cavab verməsinlər, şübhəli linklərə keçid etməsinlər və şəxsi məlumat paylaşmasınlar. Ən doğru addım mesajı ignor etmək, göndərən nömrəni bloklamaq və spam kimi işarələməkdir.
Mütəxəssislər həmçinin bildirirlər ki, bu cür kampaniyalar dalğalar şəklində və kütləvi şəkildə yayıla bilər, xüsusilə aktual beynəlxalq mövzulardan istifadə edilərək təsir gücü artırılır.
Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.