AZ

Əlcəzairli futbolçu Türkiyə yolunda Danışıqlar başladı

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Lill"in əlcəzairli yarımmüdafiəçisi Nabil Bentaleb gələn yay Fransa klubunu tərk edə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Foot Mercato" yayıb.

Mənbənin məlumatına görə, Fransa klubu 31 yaşlı futbolçuya yeni müqavilə təklif edib, lakin o, hələlik gələcəyi ilə bağlı yekun qərar verməyib. Yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyun ayına qədərdir.

Bentalebin Türkiyədə peyda olmaq variantı var. "Beşiktaş" klubu mümkün transfer şərtlərini öyrənmək üçün artıq oyunçunun agentləri ilə əlaqə saxlayıb. "Tottenhem", Səudiyyə Ərəbistanı və Qətər komandaları da yarımmüdafiəçiyə maraq göstərirlər. 

Bentaleb 2023-cü ilin yayından bəri "Lill"də oynayır. Bu mövsüm o, bütün turnirlərdə 36 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
fanat.az

2Mənbələr