AZ

Pakistanda PARTLAYIŞ - Ölən və yaralananlar var

Pakistanın şimal-qərbində bazarda partlayış baş verib. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayışda 9 nəfər ölüb, 18 nəfər yaralanıb.

Partlayış nəticəsində həlak olanların 2-si polis olub.

Hadisə barədə məlumat daxil olduqdan sonra hüquq-mühafizə orqanları dərhal hadisə yerinə göndərilib.

Hadisənin səbəbini müəyyən etmək məqsədilə bölgədə araşdırma aparılır.

Seçilən
29
manset.az

1Mənbələr