AZ

“BƏƏ İrana qarşı gizli hava hücumları həyata keçirib” ​WSJ

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) gizli şəkildə İrana qarşı hərbi hücumlar həyata keçirib.

Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, bu əməliyyatlar BƏƏ-ni İranla qarşıdurmada daha aktiv tərəfə çevirə bilər.

Nəşrin yazdığına əsasən, hücumlar arasında Fars körfəzində yerləşən Lavan adasındakı neft emalı zavodunun hədəfə alınması da var.

Bildirilir ki, aprelin əvvəlində – atəşkəs elan olunduğu dövrdə – İranın adalarda və kontinental şelfdə yerləşən neft obyektlərinə bir neçə hava zərbəsi endirilib. Bu hücumların geniş yanğınlara səbəb olduğu və Lavan neft emalı zavodunun fəaliyyətini uzun müddət qismən dayandırdığı iddia edilir.

İran tərəfi həmin vaxt zavodun “düşmən hücumu”na məruz qaldığını açıqlamış və buna cavab olaraq BƏƏ və Küveytə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiyini bildirmişdi.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
azpolitika.info

2Mənbələr