AZ

İnsan alveri ilə bağlı 2 qrup ZƏRƏRSİZLƏŞDİRİLİB – Həbs olunanlar var

İnsan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 198, o cümlədən 152 insan alveri, eləcə də insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə görə 45 cinayət müəyyən edilib.

Bizim.media xəbər verir ki, bunu daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov Milli Məclisin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ilə dair məlumatını təqdim edərkən deyib.

O qeyd edib ki, insan alveri cinayətlərinin 97 faizi açılıb:

“6 şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə 2 cinayətkar qrup zərərsizləşdirilib. Həmin hüquqazidd əməllərlə əlaqədar 10 cinayət işi başlanılıb, 8 cinayət işi üzrə 10 şəxs (9-u qadın) təqsirləndirilən qismində cəlb olunmuş, 12 nəfər (11-i qadın) məhkəmə məsuliyyətinə verilib. Məhkəmələr tərəfindən 14 insan alverçisi azadlıqdan məhrum etmə cəzasına məhkum edilib”.

Günay Şahmar, Bizim.Media

Seçilən
35
3
bizim.media

10Mənbələr