Azərbaycan Respublikası Prezidentinin irəli sürdüyü sülh gündəliyinin əsasında Cənubi Qafqaz regionunda davamlı sabitliyin və yeni təhlükəsizlik arxitekturasının formalaşmasında bəzi dövlətlərin yüksək ranqlı rəsmilərinin, siyası və hüquqi riyakarlıq nümayış etdirən ayrı-ayrı beynəlxalq qurumların qətiyyən maraqlı olmaması nümayiş etdirilir.
Musavat.com-un məlumatına görə, bunu parlamentin iclasında deputat Nizami Səfərov bildirib.

O qeyd edib ki, 30 ilə yaxın bir müddətdən sonra Azərbaycanla Ermənistan arasında sülh sazışı layihəsinin paraflanması, iki dövlət arasında nəqliyyat kommukasiyalarının açılması, sərhədlərin delimitasiya və demarkasiyasi üzrə işlərin ardıcıl formada həyəta keçirilməsini dəstəkləməkdənsə, anti-Azərbaycan mövqeyi sərgiləyən qüvvələr yalnız nifrət toxumları səpməyə, yenidən vəziyyəti gərginləşdirməyə çalışırlar:
“6 may 2026-cı il tarixində Fransanın Avropa və xarici işlər naziri Jan Noel Barro parlamentin yuxarı palatası - Senatda deputat Etyen Blankın ermənilərin dini və mədəni irsi ilə bağlı sualına cavab verərkən, regionumuzda baş vermiş hadisələri tamamilə təhrif olunmuş formada təqdim edib. İlk növbədə qeyd etmək istərdim ki, siaysı, hüquqi və diplomatik müstəvidə Azərbaycan tərəfi dəfələrlə beynəlxalq birliyə çatdırıb ki, ölkə ərazısındə “Dağlıq Qarabağ” deyilən bölgə mövcud deyil və Azərbaycanın suveren ərazisi olan Qarabağ iqtisadi rayonunun öncə qeyd etdiyim terminlə təsvir olunması qəbuledilməzdir.
Barro çıxışında guya “2021 - ci ildən başlayaraq, 40-a yaxın erməni mədəni irsinə aid obyektin itirilməsinə” istinad edib. Sual olunur: otuz il davam etmiş işğal dövründə sistematik və irimiyqaslı formada Qarabağda ermənilər tərəfindən törədilən və müharibə cinayətləri kimi tövsüf edilən Azərbaycanın mədəni irsinin məhv edilməsi, dağıdılması, oğurlanmasına göz yuman Qərb dairələri nəyə görə öz narahatlıqlarını bildirmirdilər?! 1954-cü il tarixli Silahlı münaqişə zamanı mədəni sərvətlərin qotunması haqqında Haaqa Konvensiyası və onun iki Əlavə protokolu kobud formada pozularaq, Qarabağda 400-dən çox abidə məhv edilib, 67 məsciddən 63-ü yerlə yeksan olunub və təhqirlərə məruz qalıb, 100 min tarixi artefakta malik olan 22 muzey dağıdılıb. Hələ bunlar mədəni irsimizə qarşı elan edilən amansız müharibənin çıx qısa bir statistikasıdır. Digər məsələrdə olduğu kimi, mədəni irsə aid olan problemlərə münasibətdə yenə də ikili standartlar və selketiv yanaşma müşahidə olunur”.
Nizami Səfərov bildirib ki, Azərbaycan ərazilərində yerləşən bütün tarixi və dini abidələrimiz milli-mədəni irsimizə aiddir və mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq onlar etibarlı formada qorunur və heç bir xarici qüvvə dövlətimizin suveren səlahiyyətlrinə aid olan məsələlərə müdaxilə edə bilməz.
E.Paşasoy,
Musavat.com