AZ

Azərbaycanda iqtisadiyyatı apreldə resessiyadan çıxıb – 0.2% artım

2026-cı ilin ilk dörd ayında Azərbaycanda iqtisadi artım 0.2% olub. Halbuki, bu ilk rübün sonunda, yəni bir ay əvvəl 0.3% azalma və ya ressesya idi.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, yanvar-aprel aylarında 39 milyard 875,1  milyon manat ümumi daxili məhsul istehsal edilib. Bunun 12 milyard 135 milyon manatı neft, 27 milyard 740,1 milyon manatı qeyri-neft sektorunun payına düşüb.

Neft sektoru illik artım tempi son bir ayda 1.2% azalmadan 0.9% azalmaya yüksələrkən, qeyri-neft 0.2%-dən 0.7%-ə qalxıb.

Mərkəzi Bank mayda bu il və növbəti il üçün Azərbaycanda ÜDM artımının əvvəlki proqnozlarla müqayisədə endirib. Belə ki, 2026-cı il üçün 2,9 %-dən 1,1 %-ə, 2027-ci ildə isə 4,7 %-dən 3,2 %-ə endirib. AMB-nin sədri Taleh Kazımov qeyd edib ki, iqtisadi artıma daxili tələbin və qeyri-neft sektorundakı aktivliyin dəstək verəcəyi gözlənilir.

Dünya Bankı 2026-cı ildə Azərbaycanda ÜDM-in 2 %, 2027-ci ildə isə 1,8 % artacağını gözləyir.

Əlavə edilir…

Seçilən
38
2
banker.az

3Mənbələr