ABŞ prezidenti Donald Trampın Venesuelanı ABŞ-ın 51-ci ştatı etmək təklifinə qəti "yox" cavabı gəldi: Venesuela vitse-prezidenti Delsi Rodriqes ABŞ liderinə belə cavab verib. O, Qayana ilə Essekibo bölgəsi ətrafındakı ərazi mübahisəsi ilə bağlı BMT-nin Beynəlxalq Məhkəməsində keçirilən dinləmələrdə iştirak etmək üçün Haaqaya gəlib. Oxuməni.az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.
"Bu heç vaxt qəbul edilə bilməz. Venesuelalıların əsas xüsusiyyətlərindən biri müstəqilliyimiz uğrunda mübarizəyə və bu mübarizə qəhrəmanlarına hörmətə sadiq olmalarıdır. Biz ölkəmizin bütövlüyünü, suverenliyini və müstəqilliyini qorumağa davam edəcəyik" - Delsi Rodriqes.
Karakas Tramp administrasiyası ilə diplomatik dialoqu davam etdirməsinə baxmayaraq, ölkənin bütün tarixi, Venesuelanın müstəmləkə deyil, azad ölkə olması üçün həyatlarını qurban vermiş kişilərin və qadınların mübarizə tarixidir, - deyə Rodriqes əlavə edib. Bu barədə Türkiyənin dövlət xəbər agentliyi “Anadolu” məlumat verib.
Daha əvvəl Tramp "Fox News" telekanalına verdiyi müsahibədə Venesuelanı ABŞ-ın 51-ci ştatına çevirmək imkanını "ciddi şəkildə nəzərdən keçirdiyini" bildirib və əlavə edib: "Venesuela Trampı sevir".
Xatırladaq ki, dünyanın ən zəngin neft ölkəsi (Venesuela-red.) artıq öz karbohidrogen ehtiyatlarından istifadə etmək hüququna malik deyil. Hüquqi baxımdan Venesuelanın yeraltı sərvətləri, o cümlədən neft ehtiyatları ancaq Venesuelanın özünə məxsusdur. Lakin prezident Maduronun devrilməsindən sonra Venesuelada neft hasilatı ilə bağlı vəziyyət dəyişib, çünki ABŞ bu ehtiyatlara iddia edib.
Almaz Həsənli