AZ

9 yaşlı Camal sizin dəstəyinizi gözləyir VİDEO

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Serebral iflicdən əziyyət çəkən 9 yaşlı Camal Yusiflinin dəstəyinizə ehtiyacı var.

Bu barədə Ölkə.Az-a azyaşlının valideyni Pəri Yusifova müraciət edib. O bildirib ki, Camalı müalicə etdirməyə maddi imkanları yoxdur:

“9 ildir günü xəstəxanalarda müalicələrlə keçir. Əzələ tonusuna görə davamlı 1200 manata botoks iynəsi vurulur, yeriməsi üçün 1500 manata protez almışıq.

Balam çox əziyyət çəkir. Sizin dəstəyinizə ehtiyacımız var. Bu yaşına qədər bütün əzablara tab gətirib həyatda qalıb. Nə yeriyə, nə görə, nə də danışa bilir, hər şeydən məhrumdur. Hazırda vəziyyəti ağırdır, pnevmoniyadır, qızdırması düşmür. Bütün gün halsız vəziyyətdə olur, təcili müalicəyə ehtiyacı var.

Allah rizası üçün imkanınız çatan qədər dəstək olmağınızı xahiş edirəm. Kiçik bir kömək belə balam üçün həyat deməkdir”. 

Əlaqə: 055 661 37 81

Kapital Bank: 4169 7388 5291 6208

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
2
olke.az

3Mənbələr