"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu Pro Liqanın 32-ci turu çərçivəsində bu gün evdə "Əl-Hilal"a qarşı keçirəcəkləri həlledici oyun ərəfəsində azarkeşlərə müraciət edib.
Fanat.Az xəbər verir ki, 41 yaşlı superulduz fanatlara sosial şəbəkə hesabında səslənib:
"Sizin dəstəyiniz bizi hər həftə ilhamlandırıb. Stadionda, evdə, dünyanın hər yerində bunu hiss etmişik. Sizin dəstəyinizin enerjisi meydanda hər zaman bizimlədir. Gəlin elə edək ki, bu, məhsul versin. Siz, biz, "Əl-Nəsr" üçün. Görüşənədək!"
Səudiyyə Ərəbistanı çempionatının sonuna 2 tur qalmış Ronaldunun komandası "Əl-Hilal"ı 5 xal qabaqlayır. Rəqibin ehtiyatda bir oyunu olsa da, bu gün Bakı vaxtı ilə 22:00-da başlayacaq paytaxt derbisində mümkün qələbə "Əl-Nəsr"in vaxtından əvvəl çempion olmasına kifayət edəcək.
Nihat