ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Rusiya prezidenti Vladimir Putin uzun illərdən sonra Moskvada keçmiş alman dili müəllimi Vera Dmitriyevna Qureviçlə görüşüb. Putinin onu gül-çiçəklə qarşıladığı və hərarətlə qucaqladığı an sosial mediada sürətlə yayıldı.
Bakupost.az xəbər verir ki, Kremlin məlumatına görə, Putin keçmiş müəllimi ilə uzun müddət təkbətək söhbət edib, sonra onu şam yeməyinə aparıb. Görüşün ən diqqətçəkən detalı Putinin müəllimini maşınla Kremlə şəxsən aparması olub.
1952-ci ildə anadan olan Putin müharibədən sonrakı Leninqradda (indiki Sankt-Peterburq) böyüyüb. O, 1985-1990-cı illər arasında Şərqi Almaniyanın Drezden şəhərində DTK-da işlədiyi müddətdə alman dili biliklərini mükəmməlləşdirib. Sonralar bu dil biliyindən beynəlxalq platformalarda tez-tez istifadə edib. Onun 2001-ci ildə Almaniya Bundestaqına alman dilində etdiyi müraciət xeyli diqqət çəkib.
Bu, Putinin uzun illərdən sonra müəllimləri ilə ilk görüşü deyil. Onun 2005-ci ildə keçmiş müəllimi Mina Yuditskaya-Berlinerlə görüşü də dünya mətbuatında geniş işıqlandırılıb.
Bilal, BakuPost
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.