AZ

Sabah yağış yağacaq, şimşək çaxacaq

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan ərazisində mayın 13-nə gözlənilən hava proqnozu məlum olub. Sinoptiklərin məlumatına görə, paytaxtda və bölgələrdə hava şəraiti əsasən sabit keçsə də, bəzi ərazilərdə qısamüddətli yağıntı və şimşək ehtimalı var.Demokrat.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla belə, gecə və səhər saatlarında yarımadanın bəzi hissələrində az yağış yağacağı və şimşək çaxacağı istisna edilmir. Səhər saatlarından etibarən cənub-şərq küləyi şimal-qərb küləyi ilə əvəzlənəcək. Paytaxtda temperaturun gecə 15-18°, gündüz isə 24-29° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək, nisbi rütubət isə gündüz saatlarında 45-50 % təşkil edəcək.Ölkənin rayonlarında da hava şəraitinin əksər yerlərdə yağmursuz keçəcəyi bildirilir. Lakin bəzi dağlıq və dağətəyi bölgələrdə arabir yağıntı gözlənilir. Ayrı-ayrı ərazilərdə qısamüddətli intensiv yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Dağlıq rayonlarda səhər və axşam saatlarında duman müşahidə olunacaq, mülayim şərq küləyi əsəcək. Temperaturun aran rayonlarında gündüz saatlarında 31°-yə qədər, dağlarda isə 26° isti olacağı ehtimal edilir.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
demokrat.az

1Mənbələr