525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp Çin-ABŞ münasibətləri, eləcə də qlobal sülh və inkişafla bağlı əsas məsələlər üzrə dərin fikir mübadiləsi aparacaqlar.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun bildirib.
13-15 may tarixlərində Çinə həyata keçiriləcək dövlət səfəri ABŞ Prezidentinin doqquz ildən sonra ilk səfəri olacaq.
Si Cinpin və Donald Tramp sonuncu dəfə 2025-ci ilin oktyabr ayında Cənubi Koreyanın Pusan şəhərində görüşüblər.
XİN rəsmisi qeyd edib ki, dövlət başçıları diplomatiyası Çin-ABŞ münasibətlərində əvəzolunmaz strateji və aparıcı rol oynayır.
“Çin bərabərlik, hörmət və qarşılıqlı fayda ruhuna əsaslanaraq, əməkdaşlığı genişləndirmək, fikir ayrılıqlarını idarə etmək və nəzarətdə saxlamaq, dəyişkən dünyada daha çox sabitlik gətirmək və etimad yaratmaq üçün ABŞ ilə birgə işləməyə hazırdır”, - diplomat söyləyib.
Pərvanə Sultanova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.