AZ

Avropa İttifaqı TikTok, Instagram və Facebook-a qarşı sərtləşir

Avropa Komissiyasının sədri Ursula von der Leyen çərşənbə axşamı bildirib ki, Avropa İttifaqı uşaqları və gəncləri qorumaq üçün sosial medianın biznes modellərini tənzimləyəcək yeni qaydalar üzərində işləyir.

O Kopenhagendəki çıxışında deyib ki, uşaqların və gənclərin sosial mediadan istifadəsi nəticəsində yaranan bir çox zərərlər təsadüfi deyil, “əksinə, bizim uşaqların diqqətini bir əmtəə kimi qəbul edən biznes modellərin nəticəsidir”.

O, əlavə edib ki, Aİ xüsusi olaraq TikTok, X və Meta Platforms (Instagram və Facebook) şirkətlərini hədəf alır.

“Biz TikTok-a qarşı addım atırıq – onun asılılıq yaradan dizaynı, sonsuz skroll, avtomatik video oynatma və bildiriş sistemlərinə görə. Eyni şey Meta-ya da aiddir, çünki biz hesab edirik ki, Instagram və Facebook özlərinin minimum 13 yaş qaydasını lazımi şəkildə icra etmir,” – deyə o bildirib.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, komissiya həmçinin X platformasına qarşı onun Grok adlı süni intellekt alətindən istifadə edərək qadınların və uşaqların seksual xarakterli təsvirlərinin yaradılması ilə bağlı araşdırma başladıb.

Seçilən
100
qht.az

1Mənbələr