Ukraynanın Çerniqov vilayətində bir neçə sərhədçi hantavirus səbəbindən həyatını itirib.
"Ölkə Az" xarici KİV-ə istinadla xəbər verir ki, məlumata əsasən, Ukrayna Dövlət Sərhəd Xidmətinin 11-ci dəstəsinin həkimləri Semenov rayonu ərazisində mövqelərdə xidmət aparan sərhədçilər arasında yeni infeksiyadan mütəmadi ölüm hallarının baş verdiyini təsdiqləyiblər.
Ukrayna hakimiyyəti son illərdə Çerniqov vilayətində yalnız səkkiz hantavirus hadisəsini rəsmi olaraq təsdiqləyib.
Qeyd edək ki, hantavirusla bağlı yayılma barədə ilk məlumat mayın 4-də ortaya çıxıb. Belə ki, MV Hondius gəmisi Argentinadan Kabo-Verdeyə Atlantik okeanı üzərindən səfər edərkən sərnişinlərin bir hissəsində ağır respirator xəstəlik əlamətləri müşahidə olunub.
KİV-in məlumatına görə, virus gəmiyə Argentinadan daxil ola bilərdi. Ekspedisiya zamanı gəmidə ən azı səkkiz nəfər yoluxub, onlardan üçü Niderland və Almaniya vətəndaşları da daxil olmaqla həyatını itirib.
"World Health Organization" rəhbəri Tedros Adhanom Ghebreyesus isə hantavirusun “yeni koronavirus” olmadığını bildirib.
Bundan əvvəl ÜST MV Hondius gəmisində hantavirus yayılmasından sonra sərnişinlərə 42 günlük karantin tövsiyə etmişdi.
Həmidə İbrahimova