May ayında Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq.
Bu il Qurban bayramı 27 və 28 may tarixlərinə təsadüf edir.
28 May – Müstəqillik Günü Qurban bayramı ilə üst-üstə düşdüyündən mayın 29-u da istirahət günü olacaq.
Eyni zamanda, 30 may şənbə, 31 may isə bazar gününə təsadüf edir.
Beləliklə, 27, 28, 29, 30 və 31 may tarixlərində ardıcıl iş olmayacaq.
Metbuat.az
Tarix: 12 May 2026, 13:34