AZ

İran parlamentindən xəbərdarlıq - Yeni hücum olarsa, uran 90%-ə qədər zənginləşdirilə bilər

“İrana qarşı yeni hücum baş verərsə, Tehran uranı 90%-ə qədər zənginləşdirmə variantını nəzərdən keçirə bilər”.

Missiya.Az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi özünün “X” sosial media hesabında yazıb.

"Təkrar hücum baş verəcəyi təqdirdə İranın seçimlərindən biri uranı 90%-ə qədər zənginləşdirmək ola bilər. Biz bunu parlamentdə müzakirə edəcəyik”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
29
46
missiya.az

10Mənbələr