Bakı-Xankəndi Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin medalçıları mükafatlandırılıblar.
Moderator.az xəbər verir ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, turnirin Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirak ediblər.
Qazaxıstanın "Astana" komandasının rusiyalı üzvü Qleb Suritsaya qızıl, belçikalı Dyupon Timotiyə ("Tarteletto-Isorex") gümüş, ekvadorlu Pita Kristian Davidə ("Roojai Insurance Winspace") bürünc medal təqdim olunub.