AZ

Ukrayna 3 ildən sonra ilk dəfə... - SON DƏQİQƏ

Ukrayna müharibəsində uzun müddətdən sonra ilk dəfə cəbhədə təşəbbüsün Kiyevin əlinə keçdiyi barədə fikirlər səslənməyə başlayıb.

Musavat.com xəbər verir ki, “The Economist” qəzeti bununla bağlı maraqlı məlumat yayıb.

Qəzetin yazdığına görə, Ukrayna prezidenti Vladimir Zelenskinin bu ilin mayın 9-da Moskvadakı Qırmızı Meydanda parad keçirilməsinə “icazə verməsi” təkcə istehza deyil, həm də döyüş meydanında dəyişən balansın göstəricisi kimi qiymətləndirilə bilər. Məqalədə qeyd olunur ki, Rusiya ordusu ənənəvi yaz hücumunun başladığını göstərəcək heç bir ciddi nəticə nümayiş etdirmir. Əksinə, son iki ayda müəyyən istiqamətlərdə mövqelər itirdiyi hiss olunur. Nəşr vurğulayır ki, təxminən üç ildən sonra ilk dəfə müharibədə təşəbbüsün Ukraynaya keçdiyi görüntüsü yaranır.

Qış boyunca şəhərləri və enerji infrastrukturu demək olar hər gecə dron və raket hücumlarına məruz qalan Ukrayna vəziyyəti dəyişə bilib. Məqalədə qeyd olunur ki, istər arxa cəbhə infrastrukturlarına vurulan zərər, istərsə də canlı qüvvə itkiləri baxımından Rusiya getdikcə daha ağır itkilərlə üzləşir.

London Kral Kollecinin fəxri professoru, hərbi ekspert Lourens Fridman vəziyyəti belə təsvir edib:

“Müharibədə dönüş nöqtəsi hissi yaranır. Əgər Rusiyanın səyləri nəticə verməsə, bəzi istiqamətlərdə vəziyyətin onların nəzarətindən çıxacağı məni təəccübləndirməz”.

Məqalədə Rusiyanın cəbhədə irəliləyə bilməməsinin əsas səbəblərindən biri olaraq Ukrayna Silahlı Qüvvələrinin yaratdığı geniş dron sistemi olduğu göstərilib. Qəzetin analitiklərinin fikrincə, bu sistem ənənəvi itki balansını da dəyişib. Əvvəlki müharibələrdə bir ölənə qarşı adətən iki və ya üç yaralı düşürdüsə, indi Ukrayna cəbhəsində vəziyyət tam fərqlidir. Vladimir Zelenskiyə istinadən bildirilir ki, hazırda Rusiya bir yaralıya qarşı təxminən iki ölü verir. Lourens Fridman hesab edir ki, rus əsgərlərinin uzun müddət nümayiş etdirdiyi “stoisizm və fatalizm” də artıq tükənmək həddinə yaxınlaşır.

Hazırda ön xətdəki rus hərbçilərinin 80 faizə qədəri dronlarla məhv edilir. Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hərbi analitiki Set Consun açıqlamasına görə, yaralıların təxliyəsi demək olar mümkünsüz hala gəlib. Onun sözlərinə görə, Rusiya ordusunda onsuz da yaralılara əvvəlcədən də ciddi diqqət göstərilməyib, indi isə dron təhlükəsinə görə onların çoxu döyüş meydanında ölməyə tərk edilir.

Musavat.com

Seçilən
40
musavat.com

1Mənbələr