AZ

Gəzintidən qayıdan ata bala qəzaya düşdülər

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Ağdam rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, qəza rayonun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Elmin Muradov idarə etdiyi "Lada Granta" markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü və onun oğlu Əfrahim Muradov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya çatdırılıblar.

İlkin məlumata görə, qəza ailə azad olunmuş ərazilərə səfərdən qayıdan zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
avtosfer.az

3Mənbələr