AZ

Birmarket ə məxsus anbara da zərər dəyib, çatdırılmada gecikmələr, sifarişlərin qəbulunda çətinliklər yaşana bilər AÇIQLAMA

Marja.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Xəbər verildiyi kimi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda yanğın baş verib. Yanğının genişlənməsi nəticəsində Birmarket-ə məxsus anbara da zərər dəyib. Hadisə ilə  əlaqədar olaraq Birmarket məhsullarının yerləşdiyi anbar sahəsinin fəaliyyəti müvəqqəti dayandırılıb".

Birmarket-dən Marja.a-a verilən məlumata görə, hadisə zamanı əməkdaşlarımıza fiziki zərər dəyməyib. Hazırda zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

"Məlumat üçün bildiririk ki, bu səbəbdən də müştərilərin aktiv sifarişlərinin çatdırılmasında gecikmələr, yeni sifarişlərin qəbulunda isə çətinliklər yaşana bilər.

Hazırda aidiyyatı qurumlar tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir. Operativ fəaliyyətlərinə görə aidiyyatı qurumlara, anlayışlarına görə isə müştərilərimizə təşəkkür edirik", - məlumatda qeyd edilib. 

Həmçinin oxu

"Kontakt Home": Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib, çatdırılmada gecikmələr yaşana bilər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
11
marja.az

10Mənbələr