Doqquzuncu sinif şagirdi Rusiyanın Kuban bölgəsindəki məktəbə pnevmatik silahdan atəş açıb, iki şagird yaralanıb.
AzEdu.az xəbər verir ki, bu barədə Rusiya mediası qubernator Veniamin Kondratyevə istinadən məlumat yayıb.
"Xəstəxanada uşaqlara bütün lazımi tibbi yardım operativ şəkildə göstərilir, hazırda həkimlər xəsarət alanların vəziyyətini qənaətbəxş qiymətləndirirlər", - o bildirib.
Prokurorluq yoxlama təşkil edib. Yeniyetmənin məktəbə pnevmatik silahı necə keçirə bildiyi müəyyənləşdirilir.