AZ

Azər Əhmədov vəzifəsindən azad olundu ÖZƏL

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

TƏBİB ətrafında baş verən son dəyişikliklər ilə bağlı olaraq quruma daxil olan tibb müəssisələrində kütləvi kadr dəyişiklikləri aparılır.

Gununsesi.info-nun əldə etdiyi özəl məlumata görə, bu gün Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov da vəzifəsindən azad olunub.

Qeyd edək ki, Azər Əhmədov Türkiyədə təhsil almış uzman həkimlərdəndir. O, Azərbaycanda ən yaxşı uşaq həkimlərindən biri kimi tanınır.

Onu da qeyd edək ki, Azər Əhmədov Azərbaycanda müasir pediatriya mərkəzinin qurucusu kimi tanınır.

Elmar

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
icma.az

1Mənbələr