Ajans.az Mash teleqram kanalına istinadən xəbər verir ki, şagird pnevmatik silahla təhsil müəssisəsinə gəlib və atəş açaraq digər uşaqlara xəsarət yetirib. Hadisədən sonra o, qaçmağa cəhd etsə də, şəhər küçəsində saxlanılıb. İlkin məlumata əsasən, insident nəticəsində iki şagird yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxş qiymətləndirilir. Bölgə rəhbərliyi bildirib ki, zərərçəkənlərə həm tibbi, həm də psixoloji yardım göstərilir. Azyaşlının silahı məktəbə necə gətirdiyi araşdırılır.
Prokurorluq faktla bağlı araşdırmaya başlayıb və nəticələrə uyğun tədbirlər görüləcək.