AZ

40 yaşlı Oçoa karyerasının 6 cı mundialında iştirak edəcəyini təsdiqlədi

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

Kiprin AEK klubunun uğurları üçün çalışan 40 yaşlı qapıçı Gilyermo Oçoa bu ya keçiriləcək dünya çempionatında Meksika millisinin sıralarında olacağını təsdiqləyib.

Fanat.Az xəbər verir ki, kareyrasında 6-cı dəfə DÇ-də iştirak etməyə hazırlaşan qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Millinin futbolkasını yenidən geyinmək heç vaxt rutin olmayıb... Əksinə, üstünlükdür, imtiyazdır. Bu gün mənim son təlim-məşq toplanışım başlayır. Amma bu dəfə mən buna başqa cür baxıram. Daha dolğun ürəklə, daha çox xatirələrlə... Və bir gənc oğlanın milli komandanın emblemini qorumaq arzusunda olduğu ehtirasla.

İnanılmaz gecələr, əfsanəvi stadionlar, hələ də həyəcanlandıran himnlər və həyatımı əbədi olaraq dəyişdirən anlar görmüşəm. Hər dəfə Meksika millisinə çağırılanda ruhumda xoş bir gizilti duyuram. Nəsə yenidən başlayır...

Futbolçu karyerası illərlə ölçülə bilər. Amma ehtiras heç vaxt zamanla ölçülməyəcək. Mən evdəyəm. Milli komandamın yanındayam. Nə qədər ki, bu ölkə üçün mübarizə aparmaq şansım var, ruhum komandanın yanında olacaq. 2026-cı il dünya çempionatına gedirik".

Oçoa Meksika millisində 152 matça çıxıb. Təcrübəli "çərçivə" qoruyucusu bu qarşılaşmalarda 154 qola üzülüb. Daha öncə heç bir futbolçu 6 mundialda iştirak etməyib. Kriştianu Ronaldu və Lionel Messi hərəyə 5 DÇ görüblər ki, onların da ABŞ, Kanada və meksikada keçiriləcək turnirə qatılmaq ehtimalları yüksəkdir.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
fanat.az

1Mənbələr