AZ

“İstənilən ixtisasda mütəxəssis olmaq əsas şərtdir” ŞƏRH

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Hər hansı bir ixtisas seçilirsə seçilsin, fərqi yoxdur, o ixtisası yaxşı oxumaq lazımdır, yaxşı bilmək lazımdır”.

Gununsesi.info bildirir ki, bunu təhsil eksperti Ramin Nurəliyev deyib: 

“O ixtisasın mütəxəssisi olmaq lazımdır. Baxın, bu gün bəlkə də abituriyentlər tərəfindən ən aşağı kimi görülən baytarlıq ixtisası var. Yəni belə deyək ki, o qədər də çox nüfuzlu kimi görünmür.

Amma baytarlıq sahəsini mükəmməl bilən hər hansı bir gənc əmək bazarında çox ciddi mövqe tuta bilir və çox yaxşı gəlir əldə edə bilir. Əsas olan odur ki, o ixtisasın mütəxəssisi olasan, o ixtisası yaxşı biləsən və ömrünü o ixtisasa həsr edəsən. O ixtisas insanı parlaq gələcəyə apara bilər”.

Təhsil eksperti onu da qeyd edib ki, süni intellekt əmək bazarını yavaş-yavaş dəyişdirir.

“Növbəti 5–10 ildə hansı peşələrin sıradan çıxa biləcəyi barədə müxtəlif fikirlər var. Süni intellekt bir çox ixtisasları dəyişəcək, bəzi sahələrdə ixtisarlar da olacaq. Bu, qaçılmazdır. Bunu pedaqoji ixtisaslardan tutmuş iqtisadiyyat yönümlü sahələrə qədər müşahidə etmək mümkündür.

Hətta informasiya texnologiyaları yönümlü ixtisaslarda da müəyyən dəyişikliklərin baş verəcəyi ehtimal olunur. Yəni qısası, əmək bazarında bir çox sahələr üzrə ciddi dəyişikliklər olacaq və işini itirən şəxslər yeni qazanc yolları axtarmağa məcbur qalacaqlar. Mən düşünürəm ki, bəlkə də 5–10 ildən sonra ən çox tələbat olan ixtisaslardan biri kənd təsərrüfatı sahələri olacaq.

Çünki digər sahələrdən əmək bazarından kənarda qalan insanlar dolanışığını təmin etmək üçün məcbur şəkildə kənd təsərrüfatına yönələ bilərlər. Bu da bir reallıqdır.

Ona görə də kənd təsərrüfatı ixtisaslarını yaxşı bilənlər əmək bazarında mövqe tuta biləcəklər. Kənd təsərrüfatı elə bir sahədir ki, onsuz keçinmək mümkün deyil.

İstər texnologiya nə qədər inkişaf etsin, bu sahənin əhəmiyyəti azalmaz. Bu, reallıqdır. Hazırda bu sahədə ciddi kadr çatışmazlığı da mövcuddur.

Xüsusilə də kənd təsərrüfatı ilə bağlı düzgün qərar vermək, mövcud imkanları dəyərləndirmək insanın gələcək seçimlərinə təsir göstərə bilər. Bunu bir daha düşünmək lazımdır”.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
icma.az

1Mənbələr